Payızda ən çox edilən qidalanma səhvləri - Ekspertdən vacib məsləhətlər

saytların hazırlanması

Evə çatdırılma

Payızda ən çox edilən qidalanma səhvləri - Ekspertdən vacib məsləhətlər

Sağlamlıq

04 Sentyabr 2026 15:04 47


“Payız-qış dövründə əsas məqsəd yalnız immuniteti gücləndirmək deyil. Bu dövrdə orqanizmi vitamin, zülal, sağlam yağlar və kifayət qədər enerji ilə təmin etmək vacibdir”.

Bunu “Yeni Sabah”a qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov deyib. O bildirib ki, payız fəslində insanlara mövsümi meyvə və tərəvəzlərdən istifadə etməyi məsləhət görür:

“Havalar soyuduqca insanların çuğundur, brokoli, kələm, kök, balqabaq və s. qidalardan istifadəsi vacibdir. Düzdür, balqabaq bizim qida rasionunda yoxdur. Amma onun desertini və püresini hazırlayıb yemək olar. Kartofun əvəzinə ət və balıq kimi tərkibində zülal olan qidalarla birlikdə balqabaqdan istifadə etmək olar. pizza

Bununla yanaşı, tərkibində C vitamini olan qidalardan, sitrus meyvələrindən istifadə etməkdə fayda var. Qarşıdan nar mövsümü gəlir və çox faydalı meyvədir. Həmçinin paxlalı qidalardan da istifadə etməkdə fayda var. Həmin məhsullardan istifadə immunitet sisteminin normallaşdırılmasında faydalıdır. Qida rasionuna süd və süd məhsullarını da əlavə etmək lazımdır. Qatıq, süd, pendir kimi fermentasiyadan keçmiş məhsullar zülal və kalsiumla yanaşı, bağırsaq mikroflorasının qorunmasında çox faydalıdır.

Çərəz olaraq isə qoz, badam, fındıq, həmçinin balqabaq toxumundan istifadə etmək faydalıdır. Balqabaq tumunun tərkibində maqnezium, sink və bir sıra faydalı vitaminlər var. Lakin hər biri balanslı şəkildə qəbul olunmalıdır. Adam var ki, çərəz faydalıdır deyib onu kilo ilə qəbul edir. Gün ərzində hər çərəzdən 2-3 ədəd yemək kifayətdir”.

A. Salamov bildirib ki, payızda ən çox edilən qidalanma səhvləri yüksək kalorili və yağlı qidalardan istifadə etməkdir:

“Havalar soyuduqca insanlar bu cür ağır qidaları qəbul etməyə meyillənir. Lakin nə qədər faydalı olsa da, hər gün xaş yemək olmaz. Həftədə uzağı 2 dəfə və balanslı şəkildə yemək vacibdir. Həmin dövrdə meyvə və tərəvəzlər mütləq gündəlik rasionda olmalıdır.

Havalar soyuyan kimi çayı daha çox içirik və yanında müxtəlif şirniyyatlar qəbul edirik. Bununla yanaşı, çox duzlu və yağlı qidalar da rasionumuza daxil olur. Hava soyuyan kimi turşulara da meyil artır və duzlu olsa belə, çox yeyilir.

Hava sərinləyən kimi adi su içməyi də azaldırıq. Bu isə bədəndəki su balansını pozur və böyrəklərin fəaliyyətinə təsir edir. Ona görə suyu mütləq şəkildə gündəlik rasionumuzdan çıxarmamalıyıq”.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!