Pəncərədən yıxılan qızla bağlı son məlumat

saytların hazırlanması

Evə çatdırılma

Pəncərədən yıxılan qızla bağlı son məlumat

Kriminal

11 Mart 2019 12:33 1110


Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevir şəhərində 2001-ci il təvəllüdlü Qarayeva Səbinə Seymur qızı 5-ci mərtəbədən yıxılıb və ağır xəsarətlər alıb.

“Yeni Sabah” xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə hadisə ilə bağlı Mingəçevir səhiyyəsinin rəhbərinə zəng edib və qızın səhhəti ilə maraqlanıb: “Ehtiyatsızlıqdan yıxılan qız aşağı mərtəblərin balkonlarındakı sərgi iplərinə dəyə-dəyə yıxıldığına görə belə hadisə üçün az zədə alıb. Başı və və onurğa sümüyü ağır zədə almayıb, qolları sınıb və bədənində zədələri var. Vəziyyəti stabildir.

Mingəçevir tibbi sıortada olduğu üçün qız tam səhiyyə hesabına mülaicə alır. Bakıda lazımi tibb professorları ilə məsləhətlər aparılıb. Hələki o Mingəçevirdə müalicə alır, ciddi ehiyac yaranarsa vəziyyətə uyğun olaraq ya şəhərə Bakıdan təcrübəli mütəxəssis çağrılacaq ya da qız Bakıya göndəriləcək. Marqarita pizza

Qızın atası, nənəsi və qaynanası ilə danışdım. Səhiyyə rəhbəri ilə söhbətim barədə onlara məlumat verdim və qıza şəfa arzuladım. İstənilən vaxt mənə zəng etmələrini xahiş etdim. Sağalandan sonra qızın toyuna ya özüm gələcəyimi ya da hədiyyə göndərəcəyimi bildirdim”. 

Qeyd edək ki, bir neçə gün sonra həmin qızın toyu olacaqdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!