“Pensiyaya çıxandan sonra indiki kimi yaşamaq üçün 40-50 mənzil almalıyam”
22 May 2020 16:31
354

“Pensiyaya çıxandan sonra indiki kimi yaşamaq üçün 40-50 mənzil almalıyam”

Qalatasaraydan müvəqqəti olaraq "Ajax"a transfer olan Ryan Babel maliyyə hədəflərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, hazırda 11 evi olduğunu deyən futbolçu pensiyaya çıxdıqdan sonra eyni həyatı yaşamaq üçün 40-50 mənzil almalı olduğunu vurğulayıb:

"Karyeram boyunca özümə bu sualı vermişəm: Necə bir iş qurmalıyam ki, futboldan qazandığım qədər pul qazana bilim? Təəssüf ki, ayda 100 min ilə 300 min avro arasında qazana biləcəyim çox iş yoxdur. Hazırda yaşadığım həyatı davam etdirə bilmək üçün çıxış yolu tapmalıydım. Geriyə getmək istəmirəm. Əmlak məsələsində özəl investisiya işinə başladım. Hazırda hotellər, böyük alış-veriş mərkəzləri müflis olur, bir çox sektorda problem var. Buna görə ailələrin birgə yaşayabiləcəyi yaşayış əraziləri çox önəmlidir. 2010-cu ildə Liverpulda olarkən 300 min avro ödəyərək bir ev aldım. Ayda 1400 avro kirayə gəliri var, çox məntiqli bir investisiya olmadı. Çox gənc idim və saf bir düşüncəm var idi. Bankda 6 sıfırla pulum var deyə düşündüm ki, hazırda 1400 avro üçün bu işə girmərəm. Sonra 11 ev aldım, hesabladım ki, pensiyaya çıxanda eyni həyatı davam etdirmək üçün 40-50 mənzil almalıyam. Buna görə biraz xəyal qırıqlığı yaşadım və daşınmaz əmlak biznesinə qayıtdım. Amma daha böyük düşünməyə başlamışdım. Ailələr üçün yaşayış sahələri işi də belə ortaya çıxdı".

 

 

Oxşar xəbərlər