Aktrisa Pərvin Abıyevanın adı ətrafında yaranmış qalmaqal səngimək bilmir. Bir neçə gün öncə guya porno videosu yayılan aktrisanın sosial şəbəkədə onun ünvanına əxlaqsız sözlər işlədən Qabil Məmmədovu biabır etməsindən sonra mövzu daha da böyüdü.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə tənqid atəşinə tutulan 30 yaşlı sənətçi artıq bu söhbətlərdən bezdiyini yazıb:
“İyrəndim “İnstagram”dan da, insanların önyarğısından da. İçinizdəki kin və aqressiyadan çox iyrəndim. 44 gün birlik, həmrəylik göstərən insanlar getdi, yerinə cani monsterlər gəldi! Allah hər birinizdən razı olsun, bütün günahlarımı alırsınız. O biri dünyada hamınız mənim yerimə cavab verərsiniz. Boğulun öz zibilliyinizdə!" Dominos pizza
Xatırladaq ki, bir neçə gün öncə Pərvin Abıyeva olduğu iddia edilən porno video yayılmışdı. Video ilə bağlı aktrisa canlı yayım açaraq açıqlama verib. O, hətta həmin porno ulduzun kimliyini də açıqlayıb. Bu görüntülərin onunla heç bir əlaqəsinin olmadığını bildirib.
Telegram kanalımız