Pərviz Abdullayev “Survivor“a qaytarılacaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

Pərviz Abdullayev “Survivor“a qaytarılacaq? - Video

Şou

15 Aprel 2020 20:15 7323


Bir neçə gün əvvəl TV8 telekanalında yayımlanan məşhur "Survivor" yarışını tərk edən Kikboks üzrə 6 qat dünya çempionu, "Kobra" ləqəbli Pərviz Abdullayevin yenidən sözügedən layihəyə qaytarılacağı barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.

Yenisabah.az xəbər verir ki, yarışı tərk etməsinə baxmayaraq koronavirus səbəbiylə "Survivor"un keçirildiyi Dominikandan Bakıya qayıda bilməyən Pərvizin yenidən yarışa qaytarılacağı ilə bağlı iddialara layihənin və telekanalın rəhbəri Acun Ilıcalı cavablandırıb.

Yarışmanın aparıcısı və rəhbəri olan Acun dünən şəxsi "instagram" hesabından canlı yayım edib. Aparıcıya canlı yayım zamanı ünvanlanan sualların çoxu da məhz azərbaycanlı idmançı ilə bağlı olub. Onun yenidən eyni sezonun yarışına qaytarılmayacağı məlum olub. Acun Pərvizin geri qaytarılmasının mümkünsüz olduğunu bildirib. Onun ardınca Pərviz də canlı yayım açaraq bu mövsümlük "Survivor" macərasının onun üçün bitdiyini, lakin, "AllStar" komandasının tərkibində qarşıdakı illərdə sözügedən yarışda daha güclü şəkildə iştirak etmək üçün çalışacağını sözlərinə əlavə edib.  /offsideplus.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!