Piyada yolu keçmək istədi, 4 avtomobil toqquşdu - Bakıda

saytların hazırlanması

Evə çatdırılma

Piyada yolu keçmək istədi, 4 avtomobil toqquşdu - Bakıda

Kriminal

25 İyul 2019 08:41 1021


Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Məlumata görə, Alı Mustafayev küçəsi ilə hərəkət edən 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markal avtomobil yolu qadağan olunmuş yerdən keçən piyadanı vurmamaq üçün sərt tormozlanma edib. Bu zaman arxasınca hərəkət edən digər avtomobillər ona çırpılıb. Dominos pizza

Hadisə zəncirvari qəzanın lap sonunda olan 99-TK-311 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürətlə hərəkət etməsi və məsafə saxlamaması nəticəsində baş verib. Belə ki, həmin avtomobil 99-NR-358 dövlət nömrə nişanlı "Mercedes Benz"ə, o, 10-SS-668 dövlət nömrə nişanlı digər "Mercedes Benz"ə, həmin maşın isə 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markalı avtomobilə çırpılıb.

Nəticədə hər 4 avtomobilə ciddi ziyan dəyib və yolda sıxlıq yaranıb. Ölən və xəsarət alan yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!