“Planlarım var, yavaş-yavaş fəaliyyətə başlayacam” - Cavanşir Quliyev 

saytların hazırlanması

Evə çatdırılma

“Planlarım var, yavaş-yavaş fəaliyyətə başlayacam” - Cavanşir Quliyev 

Mədəniyyət

15 Mart 2024 17:56 5484


Ötən ay Türkiyədə səfərdə olarkən halı pisləşərək xəstəxanaya yerləşdirilən Cavanşir Quliyevin müalicəsi Bakıda davam edir. 

Bu barədə o, Modern.az-a açıqlamasında bildirib. 

74 yaşlı bəstəkar vəziyyətinin yaxşılaşdığını söyləyib:  pizza sifarişi

“İndi Bakıdayam. Şükür Allaha yavaş-yavaş düzəlirəm. Müalicəm davam etdirilir. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram. Səhhətimlə maraqlananlar çoxdur.  Dostlar, tanışlar, elə jurnalistlər də zəng edib maraqlanırlar. Yavaş-yaşaş fəaliyyətə başlayacam.  Xəstəlikdən sonra hələki nəsə yoxdur. Ancaq sırasını gözləyən planlarım var, onları davam etdirəcəm. Yaxşılaşdıca, onları  həyata keçirməyə başlayacam”. 

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilib. Bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!