Polis əməkdaşı narkotiklə saxlanıldı? - Sosial şəbəkələrdə yayılan xəbərə RƏSMİ AÇIQLAMA
13 Yan 2020 19:10
509

Polis əməkdaşı narkotiklə saxlanıldı? - Sosial şəbəkələrdə yayılan xəbərə RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının narkotik vasitə ilə saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli Unikal.org-a açıqlamasında qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Salyan RPŞ-nin əməkdaşı olmuş Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib: “Hazırda yazılan məlumatlarla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan RPŞ-nin əməkdaşı F.Hüseynovun Sabirabad RPŞ əməkdaşları tərəfindəön saxlanıldığı, onun üzərindən narkotik vasitə götürüldüyü ilə bağlı məlumat yayılıb.

Oxşar xəbərlər