Polis mayoru Azərbaycandan qaçarkən yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Polis mayoru Azərbaycandan qaçarkən yaxalandı

Kriminal

11 Fevral 2019 22:18 4622


Bakıda vəzifəli polis zabiti ölkədən qaçarkən saxlanılıb. 

Sabunçu rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Mehman Əsədov hava limanında yaxalanıb. Onunla yaxın münasibətdə olan Aygün adlı qadın isə axtarışa verilib. 

İlkin məlumata görə, Aygün adlı şəxs xeyli vətəndaşa pensiya düzəltmək adı ilə pullarını mənimsəyib. M.Əsədovun da həmin işlə bağlılığı olduğu üzə çıxıb.  Sezar pizza

13-cü polis bölməsindən bildirilib ki, M.Əsədov bir müddət əvvəl müavin vəzifəsindən uzaqlaşdırılıb. Ölkədən getməsi üçün viza hazırlayırmış. 

M.Əsədovun özü ilə də əlaqə saxlamaq mümkün olmayıb, bütün mobil nömrələri bağlı olub.

Criminal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!