ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo yeni kitabında iranlı general Qasim Süleymaninin öldürülməsindən sonra şəxsi həyat ritminin necə pozulduğundan yazıb.
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, "Heç vaxt bir qarış da vermə: Sevimli Amerika uğrunda mübarizə" adlanan memuarda o, qisas qorxusundan özü və ailəsinin daimi nəzarətdə olduğunu etiraf edib.
Pompeo bu kitabda yazıb: “Bilirik ki, İran Amerika torpaqları daxilində də əməliyyatlar aparmaq üçün lazımi imkanlara malikdir. Beləliklə, dövlət vəzifəsindən ayrıldıqdan il yarım sonra hələ də təhlükəsizlik protokollarına riayət etməli oluram”. pizza mizza
ABŞ-ın keçmiş dövlət katibi əlavə edib: “Ərzaq mağazasına gedirsiniz? Hansı badımcanın yetişib-yetişmədiyini yoxlayanda mühafizəçilər məni əhatə edir. Susan (Pompeonun arvadı - red.) saçını düzəltdirmək istəyir? Ümid etməliyik ki, "Hizbullah"ın gizli casusdları bərbərxananı mühasirəyə almayıblar. Oğlumun halı yaxşı deyil? Zabitlər əvvəlcədən kilsəyə bir qrup göndərməlidirlər".
"Yəqin ki, mən bir daha öz avtomobilimi idarə edə və ya bir zamanlar həzz aldığım sərbəstlik səviyyəsindən həzz ala bilməyəcəm", - deyə M. Pompeo daha sonra qeyd edib.
Xatırladaq ki, ABŞ hökuməti Mayk Pompeo və onun keçmiş köməkçisi Brayan Huku qorumaq üçün tədbirləri genişləndirib. Ötən ay ABŞ Konqresinə göndərilən 2 ayrı-ayrı sənəddə onlara qarşı təhdidlərin “ciddi və etibarlı” olduğunu bildirilib.
2021-ci ilin yanvarında ABŞ Dövlət Departamentini tərk edəndən sonra B. Hukun müdafiəsi 10-cu dəfədir ki, uzadılıb. Amerika hökuməti bu iki keçmiş məmurun 24 saatlıq mühafizəçi üçün ayda 2 milyon dollar xərcləyir.
Telegram kanalımız