Bakıda yolun hərəkət hissəsində park edilmiş avtomobil bir neçə küçədə tıxaca səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilir ki, bir qədər əvvəl Bakının Əziz Əliyev küçəsində "Porsche Cayenne" markalı minik avtomobili yolun hərəkət hissəsində park edilib, bu isə həmin və digər küçələrdə hərəkəti tam iflic edib. Marqarita pizza
Məlumatda qeyd olunub ki, xüsusilə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb, yüzlərlə insan tıxacda qalıb. Agentliyin əməkdaşlarının müdaxiləsi ilə yollarda hərəkət bərpa edilib, yolu bağlamış nəqliyyat vasitəsi qanunvericiliyə uyğun olaraq, mühafizə olunan duracağa aparılıb.
Telegram kanalımız