“Post-pandemiya dövründə Azərbaycan üçün yeni imkanlar açılacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Post-pandemiya dövründə Azərbaycan üçün yeni imkanlar açılacaq”

Siyasət

27 Aprel 2020 12:26 1045


"Post-pandemiya dövründə iqtisadi münasibətlərin əvvəlki illərdə olduğu kimi davam etdirilməsi mümkün olmayacaq. Bu istiqamətdə ciddi dəyişikilərin olacağı istisna deyil".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 pandemiyasını Çinlə anlaşma çəriçivəsində dünyadan gizlətməsi göstərdi ki, beynəlxalq təşkilatların hərhansı bir ölkədən asılı olmasının acı nəticələri baş verə bilər: Dominos pizza

"Ona görə də yeni dünya nizamının formalaşamasında beynəlxalq təşkilatlar heç bir dövlətdən asılı olmamalı, verdiyi qərarların müstəqil və ardıcıl şəkildə yerinə yetirilməsi vacibdir.

Qeyd edim ki, dünyada birtərəfli qərarların verilməsi, BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər təşkilatın qərarlarının icra edilməməsi və s. bu kimi problemlərin həlli artıq qaçılmazdır.  İlk növbədə yeni regional güc olan Türkiyənin, Pakistanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvülüyünə qəbul edilməsi mütləqdir. Çünki Türkiyə Yaxın Şərqdə, Pakistan Cənubi Asiyada güclü dövlətlər sırasına daxil olub.  Dünya sisteminin ədalətli və prinsipial şəkildə idarə edilməsi baş verməsə də,  siyasi nizamda ciddi dəyişiliyinin iqtisadi və hərbi müstəvidə dəyişiliyə yol açacağı qaçılmazdır. Bu dəyişiliklərin Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa və Yaxın Şərqdə cərəyan edəcəyi gözlənilir".

Ekspert qeyd edib ki, hazırkı beynəlxalq böhranda ABŞ öz strategiyasını müyyənləşdirib və Avropa ilə birgə hərəkətə keçəcəyi gözlənilir:

"ABŞ -ın hazırkı müttəfiqi Avropa dövlətləridir və onu əvəzi edəcək hər hansı bir super güc yoxdur. Rusiya və Çin  isə yalnız öz siyasi planlarında işğal və eksposionist siyasətə üstünlük veriblər. Rusiya prezidenti V. Putinin SSR-nin bərpasını dilə gətirməsi, Çinin "Bir yol, bir qurşaq" iqtisadi və siyasi layihəsi göstərdi ki, hər iki ölkənin güclənməsi beynəlxalq təhlükəsizlik üçün  uzun vədəli riskdir. Ona görə də Avropa və ABŞ çalışacaq ki, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada hər iki ölkənin mövqelərinin zəiflədilməsi üçün  yol xəritəsi həyata keçirsinlər. Azərbaycan üçün isə yeni siyasi dönəmdə ən başlıca faktor öz ərazilərinin bir hissəsini Ermənistanın işğalından azad etməsidir. Bu istiqamətdə Rusiyanın regionda öz qalıcılığı Azərbaycan üçün ən əsas maneə olaraq qalır. Amma Rusiya da bir müddətdən sonra mərkəzdən qaçma meyilləri, ABŞ və Avropanın regionla bağlı daha ciddi addımlar atması Azərbaycan üçün əlavə imkanlar aça bilər. Ona görə də Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində öz səylərini genişləndirməlidir. Azərbaycan iqtidarı ölkədə siyasi açılım etməli, iqtisadi və hüquqi sistemdə islahatları reallaşdırmalıdır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!