Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Premyer Liqada VAR sistemi daha tez tətbiq oluna bilər - Rəsmi
11 Avq 2021 18:14
524

Premyer Liqada VAR sistemi daha tez tətbiq oluna bilər - Rəsmi

Koronovirus pandemiyası ilə əlaqədar hər hansı gecikmə baş vermədiyi halda bir neçə ay sonra 2022-ci Azərbaycan Premyer Liqasında VAR sistemindən istifadə oluna bilər.

Yenisabah.az AFFA-ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.

O, hakimlərlə görüşü zamanı bildirib ki, VAR sisteminin tətbiqi oyunlarda ədalətli qərarların çıxarılması üçün texnoloji dəstəkdən yararlanmaqla yanaşı, hakimlərimizə müasir beynəlxalq standartlarla ayaqlaşmaq imkanı da yaradacaq.

Məmmədov qeyd edib ki, yerli çempionatda bu sisteminin tətbiqindən sonra FIFA-ya müraciət olunacaq və oyunları meydanda idarə edən hakimlə VAR arasında olan danışıqların ictimailəşdirilməsinə icazə verilməsi təklif olunacaq: "Bu da hakimlik sahəsində şəffaflığın təmin olunmasına öz töhfəsini verə bilər".

Qeyd edək ki, daha əvvəl Azərbaycanda VAR sisteminin 2022/2023 mövsümündən tətbiq olunacağı bildirilmişdi.

Mehri Qurban

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər