Prezident bu Dövlət Agentliyi ilə bağlı fərman imzaladı
08 Apr 2020 19:08
243

Prezident bu Dövlət Agentliyi ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. 

Yenisabah.az xəbər verir ki, Fərmanda əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 244) aşağıdakı dəyişikliklər edilib:

Belə ki, 3-cü hissədə “ilkin nizamnamə fondu 500 000 (beş yüz min)” sözləri “nizamnamə fondu 954 008 (doqquz yüz əlli dörd min səkkiz)” sözləri ilə əvəz edilsin.

Həmçinin, həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Nizamnaməsi”nin 5.1-ci bəndində “ilkin nizamnamə fondunun məbləği 500 000 (beş yüz min)” sözləri “nizamnamə fondunun məbləği 954 008 (doqquz yüz əlli dörd min səkkiz)” sözləri ilə əvəz edilib.

Oxşar xəbərlər