Prezident Ramiz Mehdiyevi Təşkilat Komitəsinin sədri təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Ramiz Mehdiyevi Təşkilat Komitəsinin sədri təyin etdi

Siyasət

12 Fevral 2019 00:34 1231


Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Hərəkata sədrliyi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, Sərəncama əsasən otuz üzvdən ibarət Təşkilat Komitəsinə sədr Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Təşkilat Komitəsinə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə bağlı işçi qrup yaratmaq və bir ay müddətində tədbirlər planı hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb. Dördpendirli pizza

Azərbaycanın 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!