Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Prezident sərəncam imzaladı
16 İyl 2021 14:35
969

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev "Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncam Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi çərçivəsində tənzimləyici beton bəndin tikintisinin başa çatdırılması məqsədilə qərara alınıb.

Sərəncamla gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan əlavə olaraq 5 milyon manat ayrılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər