Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama

Siyasət

19 Oktyabr 2020 17:21 1124


"Erməni əsirlərə ailə üzvləri ilə əlaqə saxlaması üçün imkan yaradılıb".

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib:

"Azərbaycanda olan iki yaralı erməni əsirinə Azərbaycan Respublikası Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək həmin yaralılara da lazımi tibbi yardım göstərdi. Eyni zamanda onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!