Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Prezidentin nümayəndəsi: “Şuşada təmir işləri qrafikə uyğun aparılır“
18 Sen 2021 13:51
469

Prezidentin nümayəndəsi: “Şuşada təmir işləri qrafikə uyğun aparılır“

"Şuşada otellərin və qonaqlama yerlərninin inşası, ictimai iaşə və işgüzar tipli yerlərin yaradılması üçün sözsüz ki, həm yerli, həm xarici investorların cəlb olunması təqdirəlayiq bir fakt olacaq, lakin bunlar hamısı Baş Plana uyğun olmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

"Baş Planın artıq müfəssəl həlləri həyata keçirilir və yuxarıda sadaladığım sahələrə investorların cəlb olunması mərhələ-mərhələ həyata keçiriləcək", -deyə o əlavə edib.

Aydın Kərimov bildirib ki, şəhər meriyasının yerləşdiyi binada təmir işləri gedir:

"Hazırda təmir işləri sürətlə gedir, yaxın iki-üç ayda bu işlər bitəcək və bu bina yeni fasad görkəmində və Şuşanın memarlıq üslubuna uyğun olaraq fəaliyyətə başlayacaq. Binanın damı dəyişdirilir, daxildə də bir sıra işlər görüləcək. Burada Şuşa şəhərində Prezidentin Xüsusi Nümayəndəliyi və Şuşa Dövlət Qoruğu İdarəsi yerləşəcək".

Kərimovun sözlərinə görə, Şuşada Xüsusi Nümayəndəliyin nəzarəti altında aparılan işlər öz qrafikinə uyğun aparılır və bir ay yarım ərzində tamamlanacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər