Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı

Kriminal

27 May 2026 09:50 65


Türkiyənin Çanaqqala şəhəri yaxınlığında – Egey dənizində qanunsuz miqrantları daşıyan qayıq saxlanılıb.

“Yeni Sabah” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığının mobil radarı ilə müəyyən edilən motorlu rezin qayıq Ayvacıq qəsəbəsi istiqamətində dayandırılıb.

Məlum olub ki, qayıqda Avropaya qanunsuz miqrasiya etmək istəyən 31 miqrant var. Onların hamısı Əfqanıstan və Azərbaycan vətəndaşları olub. Saxlanılan şəxslərdən 9-u uşaqdır. pizza mizza

Sahil Mühafizə Komandanlığı saxlanılan şəxsləri aidiyyəti üzrə təhvil verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!