Prezidentin yeni vəzifə verdiyi səfirdən – Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yeni vəzifə verdiyi səfirdən – Açıqlama

Sosial

19 Fevral 2019 21:22 852


“İlk növbədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri seçilməyimlə bağlı cənab Prezidentə təşəkkür edirəm. Şərəfli etimad göstərilib. Çalışacağam ki, üzərimə düşən işlərin öhdəsindən gələ bilim”.

Bunu  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin olunan Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, hələlik Mərkəz barədə danışmaq tezdir:

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi diplomatiyaya və beynəlxalq əlaqələrə uyğun sahədir. Müəyyən dərəcədə bu işi ikitərəfli konteksdə aparmışam. İndi isə bir qədər akademik yönümlü formada icra edəcəm. Cənab Prezidentin mərkəzin fəaliyyəti barədə  bəzi tapşırıqları var. Hazırda digər rəhbər vəzifələrlə bəzi məsləhətləşmələr aparırıq. Ona görə də konkret nəsə söyləyə bilməyəcəm. Düşünürəm ki, mərkəz haqqında danışmaq hələ tezdir. Konsepsiyası və nizamnaməsi hazırlanır. Ümidvaram ki, yaxın günlərdə bu barədə açıqlamalar olacaq”. Toyuqlu pizza

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 19-da Fərid Rauf oğlu Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. F.Şəfiyev 2014-cü ildən Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyirdi. 

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!