“Pulsuz kimyaterapiya olmuşam“  - “Toppuş bacı”
27 Noy 2020 13:40
1790

“Pulsuz kimyaterapiya olmuşam“ - “Toppuş bacı”

“Toppuş bacı” ləqəbi ilə tanınan Əməkdar artist Tünzalə Əliyeva ötən gün səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, bu barədə yazan aktrisa sözügedən müsahibəni müharibədən öncə verdiyini, müaıicəsinin davam etdiyini bildirib:

“Səhhətimlə bağlı verdiyim müsahibəyə görə mənə zəng edirsiniz, yazırsınız. Bildirmək istəyirəm ki, həmin müsahibə müharibədən öncə olmuşdu. Mövcud vəziyyətə görə yayımlanmamışdı. Artıq Milli Onkologiyada təmənnasız olaraq kimyaterapiya almışam. Dekabrın 1-də cavblarımı sizlərlə bölüşəcəm.  Allah hamıya kömək olsun”.

Qeyd edək ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Bir müddət sonra onun böyrək damarlarında, daha sora isə ağ ciyərində şiş aşkarlanmışdı.

“Pulsuz kimyaterapiya olmuşam“  - “Toppuş bacı”
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər