Rusiya prezidenti Vladimir Putin martda keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib. Bu addım ona ən azı 2030-cu ilə qədər hakimiyyəti saxlamağa imkan verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
“Kremldə hesab edirlər ki, məhz Putin ölkəni ən çətin dövrdən keçirməlidir”, - deyə məsələnin həssaslığına görə anonimlik şərti ilə danışan mənbələr bildiriblər. Dominos pizza
Onların sözlərinə görə, artıq Putinin qərarı ilə bağlı məlumatlar sızıb və onun müşavirləri hazırda seçki kampaniyasına hazırlaşır.
Xatırladaq ki, 2024-cü ildə analoji olaraq Ukraynada da prezident seçkiləri keçiriləcək. Ukraynada seçkilərin gələn ilin martın 31-də keçirilməsi planlaşdırılır.
Telegram kanalımız