Putin Ərdoğana başsağlığı verdi
30 Okt 2020 21:57
1071

Putin Ərdoğana başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İzmir şəhərində baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Putinin teleqramında deyilir: 

“İzmir vilayətində baş verən güclü zəlzələnin səbəb olduğu insan tələfatı və böyük dağıntılara görə dərin başsağlığımızı qəbul edin. Qurbanların ailələrinə və dostlarına təsəlli və dəstək sözlərimi, fəlakətdən zərər çəkənlərin hamısına tez bir zamanda sağalmaq diləyimi çatdırmağınızı xahiş edirəm”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər