Putin Ukrayna ilə danışıqlar şərtini açıqladı: Fərmanı ləğv etdirin

saytların hazırlanması

Evə çatdırılma

Putin Ukrayna ilə danışıqlar şərtini açıqladı: Fərmanı ləğv etdirin

Dünya

12 Sentyabr 2023 17:58 747


Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Ukraynanın danışıqlara hazır olduğuna inandıqları təqdirdə, Volodimir Zelenskinin fərmanını ləğv etdirməyə çağırıb.

Yenisabah.az "Vedomosti"yə istinadla xəbər verir ki, o, bu barədə EEF-in plenar iclası zamanı bildirib.

"Əgər Birləşmiş Ştatlar Ukraynanın danışıqlara hazır olduğuna inanırsa, o zaman Ukrayna prezidentinin danışıqları qadağan edən fərmanını ləğv etdirsinlər", - deyə dövlət başçısı vurğulayıb. Toyuqlu pizza

Sentyabrın 11-də ABŞ dövlət katibi Entoni Blinken Moskvanın təşəbbüs göstərəcəyi təqdirdə Kiyevin danışıqlarda iştirak edəcəyini bildirib. O  əlavə edib ki, ABŞ bu məsələdə Ukraynanı təhrik edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!