Putin və Pezeşkian Türkmənistanda görüşməyə vaxt tapdılar

saytların hazırlanması

Evə çatdırılma

Putin və Pezeşkian Türkmənistanda görüşməyə vaxt tapdılar

Dünya

09 Oktyabr 2026 08:32 78


Vladimir Putinlə görüşdə İran Prezidenti Məsud Pezeşkian Tehran-Moskva əlaqələrinin davamlı olaraq genişləndiyini vurğulayıb.

“Yeni Sabah” IRNA-ya istinadla xəbər verir ki, o, Rusiya Prezidenti ilə Türkmənistanda keçirilən MDB liderlərinin zirvə toplantısı və Xəzər Dənizi Ətraf Mühit Zirvəsi çərçivəsində görüşüb.

M.Pezeşkian ABŞ-İran gərginliyində Rusiyanın mövqeyini yüksək qiymətləndirib: pizza mizza

“Həm regional səviyyədə, həm BMT-də dəstəyinizə yüksək dəyər veririk. Səylərimiz müharibəyə son qoymaq və İran xalqının hüquqlarının beynəlxalq hüquq çərçivəsində hörmət edilməsini təmin etməkdir”.

V.Putin müharibəyə son qoymaq üçün Tehranın yeni təkliflərinə toxunub: “Moskvanın bu məsələdəki mövqeyi tamamilə aydındır və Rusiya bunu diplomatiya yolu ilə həll etmək üçün bütün səylərini göstərəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!