Rusiya prezidenti Vladimir Putin xarici siyasətin yenilənmiş konsepsiyasını təsdiq edən fərman imzalayıb.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, dövlət başçısı bunu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə deyib.
Putinin sözlərinə görə, əsas strateji planlaşdırma sənədlərinin, o cümlədən xarici siyasət konsepsiyasının ciddi korreksiyasına ehtiyac beynəlxalq arenada baş verən əsaslı dəyişikliklərdən irəli gəlir. Dördpendirli pizza
O bildirib: “Xarici İşlər Nazirliyi Prezident Administrasiyası, Təhlükəsizlik Şurasının aparatları, hökumət, bir çox nazirlik və idarələrlə əlaqələndirilərək onun yeniləşdirilməsi və müasir geosiyasi reallıqlara uyğunlaşdırılması istiqamətində genişmiqyaslı və əziyyətli işlər həyata keçirib”.
Telegram kanalımız