Putinə ağır itki

saytların hazırlanması

Evə çatdırılma

Putinə ağır itki

Dünya

12 Mart 2024 12:16 788


Rusiya prezidenti Vladimir Putinin əmisi oğlu Yevgeni Putin 92 yaşında vəfat edib. 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bazar günü - martın 10-da dəfn edilib. 

Onların ataları Vladimir Spiridonoviç və Mixail Spiridonoviç qardaş olublar. Yevgeni Putinin oğlu Mixail "Qazprom" idarə heyətinin sədr müavinidir və fəaliyyətin iqtisadi, maddi-texniki və tibbi təminatı məsələlərinə nəzarət edir. pizza sifarişi

Qızı Anna isə Rusiyanın ən böyük kömür şirkətlərindən birinə sahibdir. Anna Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev ilə evlidir. 

Yevgeni Putin İvanovoda tanınmış uroloq olub. O, ömrünün son illərini oğlunun yanında Suzdalda keçirib. Ölümün səbəbi açıqlanmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!