Putinin təyyarəsi PUA səbəbindən Moskvaya enə bilmədi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Putinin təyyarəsi PUA səbəbindən Moskvaya enə bilmədi - FOTO

Dünya

09 Oktyabr 2026 21:50 318


Rusiya Prezidenti Vladimir Putini və digər yüksəkrütbəli rəsmiləri daşıyan “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarələri Ukrayna PUA-larının hücumu səbəbindən Moskvada eniş edə bilməyib.

“Yeni Sabah” xəbər verir ki, təyyarələrdən biri təcili olaraq Sankt-Peterburq istiqamətinə yönləndirilib.

“Flightradar24” xidmətinin məlumatına görə, Rusiya rəhbərliyini daşıyan bir neçə bort Moskva ətrafında dairələr vurub və eniş etmək üçün marşrutunu dəyişib. Üç təyyarə oktyabrın 9-da Putinin səfərinin başa çatdığı Türkmənistandan qayıdırmış. pizza

Məlumata görə, söhbət nüvə müharibəsi şəraitində belə dövləti və ordunu idarə etməyə imkan verən xüsusi rabitə ilə təchiz olunmuş, “Qiyamət günü təyyarələri” adlandırılan İl-96-300PU-lardan gedir. Putinin konkret hansı göyərtədə olduğu isə dəqiq açıqlanmır.

Onu da bildirək ki, əlavə manevrlərdən sonra iki bort (RA-96020 və RA-96022) Vnukovo aeroportuna enə bilsə də, üçüncü “Qiyamət günü təyyarəsi” (RA-96025) Moskvada eniş edə bilməyərək Sankt-Peterburqun “Pulkovo” hava limanına göndərilib.

Həmçinin, Türkmənistandan gələn və içində Rusiya xarici işlər naziri Sergey Lavrovun da olduğu ehtimal edilən adi sərnişin İl-96-300 (RA-96018) təyyarəsi Moskvada eniş etmək üçün hələ də səmada manevrlərini davam etdirir./Qafqazinfo


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!