Qadın oğru dostları ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

Qadın oğru dostları ifşa etdi

Kriminal

09 Mart 2019 16:42 1329


Qubada yaşayan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1500 manata yaxın olan 3 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağ və 1 ədəd mobil telefon oğurlandığı müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər oğurluğa görə məhkum məhkum olunmuş 26 yaşlı Teymur Əliyev və tanışı Xaçmaz rayon sakini 24 yaşlı Yaşar Əhmədov oğurluq hadisəsindən bir gün sonra rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğruluq hadisəsini etiraf edərək, oğurluq nəticəsində əldə etdikləri qızıl-zinət əşyalarını Xaçmazda qızıl alqı-satqısı məntəqələrinin birində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. pizza hut

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!