Qadın sürücü “Jeep”lə ağır qəza törətdi – Video

saytların hazırlanması

Evə çatdırılma

Qadın sürücü “Jeep”lə ağır qəza törətdi – Video

Kriminal

13 Dekabr 2019 04:33 2457


Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər veiri ki, Lamiyə Əbəçiyeva idarə etdiyi “Jeep” markalı avtomobillə Ziya Bünyadov prospektində işıqforun qırmızı işığından keçib.

Bu zaman onun avtomobili Atatürk prospektində hərəkətdə olan və Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsinə çırpılıb. Dördpendirli pizza

Zərbənin gücündən “Range Rover” körpünün dirəklərinə dəyərək dayanıb.

Hadisə nəticəsində E.Məmmədovun xəsarət aldığı bildirilir.

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!