Teleaparıcı Kseniya Sobçak qışın sonunda Rusiyanı tərk edən Maksim Qalkin və Alla Puqaçovanın geri qayıtmaq fikrində olmadığına əmindir.
Yenisabah.az Film.ru-ya istinadla xəbər verir ki, ulduz cütlük Qryaz kəndində yerləşən qəşəng malikanəsini artıq satışa çıxarıb.
Komediyaçının Rusiyadakı qastrolları aktiv şəkildə ləğv edilir. Bununla belə, Qalkin ruhdan düşmür və hazırda ailəsi - arvadı və 2 uşağı ilə birlikdə yaşadığı İsraildə konsertlər verməyə davam edir. Dominos pizza
"O, qayıtması üçün bütün körpüləri yandırır", - deyə Kseniya Sobçak vəziyyəti şərh edib.
Ola bilsin ki, malikanənin satışından əldə olunan gəlirlə Qalkin və Puqaçova xaricdə hardasa daşınmaz əmlak alacaqlar.
Telegram kanalımız