“Qarabağ” 29 il sonra “İmarət” stadionuna qayıtdı

“Qarabağ” 29 il sonra “İmarət” stadionuna qayıtdı

İdman Veb saytların hazırlanması

24 May 2022 10:36 984


“Qarabağ” komandasının sabiq məşqçi heyəti və futbolçuları işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Yenisabah.az-ın xəbərinə görə, səfərdə məqsəd Bakı Media Mərkəzi tərəfindən “Qarabağ” haqda sənədli filmin çəkilişində iştirak etmək olub. Çəkilişin Ağdamdakı hissəsində 1980-ci illərin sonları və 90-cı illrdə “Qarabağ”dakı çıxış etmiş şəxslər iştirak edib. Onların arasında o vaxtkı baş məşqçi Ağasəlim Mircavadov, məşqçi Nazim Mehrəliyev və bir neçə futbolçu olub. Onlar dağıımış “İmarət” stadionunda da olaraq kollektiv şəkil çəkdiriblər.

Qeyd edək ki, bu heyət son dəfə Ağdam stadionunda 1993-cü ilin mayında “Turan”la oyunda iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!