18 Avqust - 05:28
“Qarabağ“ boşluqlardan ildırım sürəti ilə yararlanır“  - Rəqib məşqçi

“Qarabağ“ boşluqlardan ildırım sürəti ilə yararlanır“ - Rəqib məşqçi

İdman

06 Avqust 2022 11:56 627


"Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda heç-heçə etdikləri ilk matç (1:1) barədə danışıb. 

Yenisabah.az xəbər verir ki, rusiyalı mütəxəssis yerli mətbuata açıqlamasında deyib:

“Bakıdakı oyundan dərhal sonra Budapeştə qayıtdıq, Macarıstana səhər saatlarında çatdıq. Cümə axşamını bərpa etməklə keçirdik, ertəsi gündən etibarən tam sürətlə məşqimizi edirik. İlk matçın nəticəsi pis deyil, 1:1 hesabı o deməkdir ki, irəliləmək üçün yaxşı şansımız var və bunu etmək istəyirik. Rəqib qapısı önündə daha qətiyyətli və dəqiq olmalıyıq. Hər halda müdafiədə səhv etmək olmaz. Çünki Bakıdakı matçda gördük ki, “Qarabağ” təhlükəli hücumlar edir və boşluqlardan ildırım sürəti ilə yararlanır. Cavab görüşünə mümkün qədər yaxşı hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik. “Qrupama Arena”da dolu tribunalar önündə, fantastik azarkeşlərimizin köməyi ilə növbəti mərhələyə adlamaq üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, avqustun 9-da "Qroupama Arena"da oynanılacaq "Ferentsvaroş" - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!