4 İyul - 04:02
“Qarabağ“ Konfrans Liqasının ən yaxşıları sırasında

“Qarabağ“ Konfrans Liqasının ən yaxşıları sırasında

İdman

26 May 2022 10:27 614


"Qarabağ" Konfrans Liqasının 2021/22 mövsümündə ən yaxşı statistik göstəricilərə malik komandalar arasına düşməyi bacarıb

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi final matçından sonra açıqlanan nəticələrə əsasən, topa nəzarətə görə turnirin ən güclülərindədir. "Qarabağ" 59 faizlik göstərici ilə 2-cidir. Komanda yalnız AZ-dən (59,9 faiz) geri qalır. Həmçinin "Qarabağ" dəqiq ötürmələrin sayına görə ilk "5-liy"ə düşüb. "Qarabağ" əsas mərhələdə keçirdiyi 8 qarşılaşmada 83,9 faiz dəqiqliklə oynayıb. Qurban Qurbanovun kollektivi ən çox küncdən zərbə yerinə yetirən komandalardan biridir - 66.. Turnirin qalibi "Roma" 75, digər finalçı "Feyenoord" isə "Qarabağ"la birlikdə 66 dəfə küncdən zərbə yerinə yetirib.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Marsel"ə uduzaraq (1:3, 0:3) mübarizəni dayandırmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!