Qarabağ qazisi səlahiyyətli nümayəndəliklə bağlı məhkəməyə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ qazisi səlahiyyətli nümayəndəliklə bağlı məhkəməyə müraciət etdi

Xalqın səsi

21 Oktyabr 2026 11:37 358


Naxçıvanda dövlət qulluğu vəzifəsinə qəbul üçün keçirilən müsahibənin nəticələri ilə bağlı narazılıq yaranıb. Vətəndaş iddia edir ki, müsahibə prosesi obyektiv keçirilməyib və bəzi namizədlərin vəzifəyə təyin olunması əvvəlcədən müəyyənləşdirilib.

“Yeni Sabah”a şikayətini bildirən Şəmsəddin Qurbanov Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyində nümayəndənin köməkçisi vəzifəsi üzrə elan olunan vakansiyaya müraciət edib.

Onun sözlərinə görə, 23 sentyabr 2026-cı il tarixində keçirilən müsahibədə ona 14 bal verilib. Şikayətçi iddia edir ki, müsahibədə iştirak edən 10 namizəddən Həsənov Sədrəddin Səfər oğluna 17 bal yazılıb və nəticədə o, həmin vəzifəyə uyğun hesab edilərək təyin olunub. Dominos pizza

Qurbanov hesab edir ki, müsahibə formal xarakter daşıyıb və prosesdə digər namizədlər üçün bərabər rəqabət imkanları yaradılmayıb.

Şəmsəddin Qurbanov müsahibə komissiyasının tərkibi və üzvlərin vəzifəyə təyin olunma tarixləri ilə bağlı da suallarının olduğunu bildirib. Onun sözlərinə görə, komissiyanın üzvlərindən biri 23 sentyabrda onun müsahibəsində iştirak edib, həmin şəxsin vəzifəyə təyin olunması ilə bağlı əmrin də eyni tarixdə verildiyi bildirilir.

“Məsələn, sosial şəbəkədə paylaşdığım məlumatlara baxsanız, görərsiniz ki, müsahibə komissiyasının üzvü təyin olunan şəxslə bağlı tarixlər arasında suallar yaranır. Həmin şəxs sentyabrın 23-də mənim müsahibəmdə iştirak edib. Halbuki onun müvafiq vəzifəyə təyin olunması ilə bağlı əmr də həmin tarixdə verilib.

Mənim bildiyimə görə, qanunvericiliyə əsasən, dövlət orqanında işləməyən şəxs müsahibə komissiyasının üzvü ola bilməz. Əgər həmin şəxs sentyabrın 23-də vəzifəyə təyin olunubsa, bu, avtomatik olaraq elə həmin gün işə başladığı demək deyil. Digər bir şəxsin isə sentyabrın 24-də, yəni mənim müsahibəmdən bir gün sonra vəzifəyə təyin olunduğu bildirilir. Mən bu məsələləri dəqiqləşdirmək üçün aidiyyəti şəxslərlə əlaqə saxlamışam. Onlardan soruşmuşam ki, əgər müsahibə komissiyası qanunsuz təşkil olunubsa, həmin müsahibələrin nəticələri niyə ləğv edilməməlidir?”

Qurbanov dövlət qulluğuna qəbul üçün ciddi hazırlaşdığını, 28 qanunu oxuduğunu və tələb olunan mərhələlərdən keçməyə çalışdığını deyib. O, eyni zamanda, Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak etdiyini, Şuşada yaralandığını qeyd edib.

“Mən özüm Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Noyabrın 9-da Şuşada yaralanmışam. Murovdağ, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində döyüşlərdə olmuşam. Noyabrın 9-dan 10-na keçən gecə yaralanmışam.

Mənim istəyim yalnız budur: dövlət qulluğunda işə qəbul zamanı hər kəsə bərabər və ədalətli imkan yaradılsın. İnsanlar zəhmət çəkib oxuyurlarsa, imtahan verirlərsə və müsahibəyə qatılırlarsa, onların əməyi qiymətləndirilməlidir. Vəzifəyə təyinat şəxsi münasibətlərə deyil, obyektiv meyarlara və qanunun tələblərinə əsaslanmalıdır”, - deyə Şəmsəddin Qurbanov vurğulayıb.

Şəmsəddin Qurbanov məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!