“Qarabağ” “Qəbələ”ni darmadağın edib liderliyə yüksəldi
02 Mart 2021 20:33
515

“Qarabağ” “Qəbələ”ni darmadağın edib liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Yenisabah.az xəbər verir ki, bu gün iki oyun keçirilib.

Açılış matçında paytaxt təmsilçiləri “Səbail”lə “Keşlə” qarşılaşıb. Oyun 1-1 hesablı bərabərliklə yekunlaşıb.

“Qarabağ” isə öz meydanında “Qəbələ”ni qəbul edib. Son çempion qonaq komandaya heç bir şans verməyib - 3:0.

Qeyd edək ki, turun “Sumqayıt” – “Zirə” (16:00) və “Neftçi” – “Sabah” (18:15) oyunları sabah keçiriləcək.

Premyer Liqa

XVIII tur

2 mart (çərşənbə axşamı)

16:00. “Səbail” – “Keşlə” - 1:1

Qollar: Peyman Keşavarzi, 75 - Tural Axundov, 54

“ASCO Arena”

 

18:15. “Qarabağ” – “Qəbələ” - 3:0

Qollar: Filip Ozobiç, 22, 34 (pen.), Mahir Emreli, 38

“Azersun Arena”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər