Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
"Keşlə" "Səbail" matçı heç-heçə ilə başa çatıb - 1:1. pizza hut
Günün digər oyununda son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ağdam klubu turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
6-cı tur
17 oktyabr
16:00. "Qarabağ" - "Qəbələ" - 3:0
Qollar: Donald Gerye, 44, Patrik Andrade, 89-pen, Toral Bayramov, 90+1
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Bakı. "Azersun Arena"
14:00. "Səbail" - "Keşlə" 1:1
Qollar: Bahadur Həziyev, 51 - Rəhman Hacıyev, 49
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Bakı. "ASCO Arena"
Telegram kanalımız