“Qarabağda konsert vermərəm“   - Nüşabə Ələsgərli

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağda konsert vermərəm“ - Nüşabə Ələsgərli

Şou

13 Fevral 2021 10:24 1690


Əməkdar artist Nüşabə Ələsgərli son açıqlaması ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında canlı yayıma çıxan sənətçi Qarabağın işğaldan azad olunmuş torpaqlarında konsert vermək istəyənlərin bostanına daş atıb.

Belə ki, müğənni həmin torpaqlarda çal-çağır etməyə ürəyinin dözməyəcəyini qeyd edib: pizza

"Uzun müddətdir efirə çıxmıram, heç bu haqda düşünmürəm də. İstəmirəm. İşğaldan azad edilən torpaqlarımızı ziyarət etmək istəyirəm, edəcəm də. Amma o torpaqlarda oxuya bilmərəm. Mənim ürəyim gəlməz orada konsert verməyə. Oranın hər qarışında bizim gənclərimizin ruhu var. Adamın orada çalıb-oynamağa ürəyi dözməz. Mən edə bilmərəm. Yəqin cavanlar edər. Cavanlarımız gedər, oxuyub-oynayarlar, kef edərlər. Amma məncə, bizim nəsil etməz, o qədər ürəkaçıqlığı ilə etməz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!