26 May - 00:03
“Qarabağ“ın rəqibi hücumçusunu satdı

“Qarabağ“ın rəqibi hücumçusunu satdı

İdman

22 Yan 2022 12:26


"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhəəsindəki rəqibi "Marsel" futbolçusu Dario Benedetto ilə yolları ayırıb.

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçu ölkəsinin "Boka Xuniors" komandasına qayıdıb.

D.Benedetto 2016 - 2019-cu illərdə Argentina təmsilçisində oynayıb. O, daha sonra 14 milyon avroya "Marsel"ə transfer olub.  “Boka Xuniors” isə sabiq hücumçusunu geri qaytarmaq üçün fransızlara cəmi 3 milyon avro ödəyib.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə ilk oyunu fevralın 17-də səfərdə, cavab matçı isə fevralın 24-də evdə keçirəcək.


Youtube kanalımız


Digər xəbərlər