Vüqar Oruc Vilis Juromskislə razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Oruc Vilis Juromskislə razılığa gəldi

İqtisadiyyat

25 May 2026 17:47 102


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Latviya Əmlak Qiymətləndiriciləri Assosiasiyası (LIVA) arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə “Yeni Sabah”a AQC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, sənədi AQC İdarə Heyətinin sədri Vüqar Oruc və LIVA İdarə Heyətinin sədri Vilis Juromskis imzalayıblar. Dominos pizza

5 il müddətinə imzalanan müqaviləyə əsasən, tərəflər daşınmaz əmlak, maddi aktivlər və biznesin qiymətləndirilməsi sahəsində birgə fəaliyyət göstərəcəklər. Sənəddə Avropa qiymətləndirmə standartlarının Azərbaycanda tanıdılması və tətbiqi, qiymətləndiricilərin peşəkar inkişafı, təlimi və ölkəmizdə ixtisas sertifikatlaşdırılmasının reallaşdırılması əsas hədəflər kimi götürülüb. Eyni zamanda qurumlar qiymətləndirmə sahəsində metodoloji rəhbərliklərin hazırlanması və qarşılıqlı təcrübə mübadiləsini həyata keçirəcəklər.

Sənədə görə hər iki təşkilat qiymətləndirmə fəaliyyətində rast gəlinən qeyri-peşəkar hesabatlara və neqativ hallara qarşı tərəflərin birgə tədbirlər görəcək. Bir-birlərinin peşəkarlıq və səriştə səviyyəsini qarşılıqlı olaraq tanıyan qurumlar arasında yaranacaq hər hansı mübahisə tənzimlənmədikdə isə məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!