“Qarabağ“ın rəqibi öz evində məğlub oldu
27 Okt 2020 10:41
425

“Qarabağ“ın rəqibi öz evində məğlub oldu

Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” da növbəti matçına çıxıb.

Sivas təmsilçisi doğma meydanda “Rizəspor”la qarşılaşıb və rəqibinə iki cavabsız qolla məğlub olub.

“Qarabağ” İ qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə, cavab matçını isə həmin ayın 26-da Bakıda keçirəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər