“Qarabağ”ın futbolçusu “Dinamo”ya qarşı oynaya biləcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın futbolçusu “Dinamo”ya qarşı oynaya biləcək

İdman

26 Avqust 2024 17:32 398


"Qarabağ"ın futbolçusu Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya qarşı (Zaqreb, Xorvatiya) cavab oyununda meydana çıxacaq. 

"Report" xəbər verir ki, passivindəki sarı vərəqələrin sayı 3-ə çatan braziliyalı yarımmüdafiəçi yeni qaydalara əsasən növbəti görüşü buraxmaq məcburiyyətində qalmayacaq. 

Belə ki, bu ildən tədbiq olunan yeniliklərə əsasən iki təsnifat mərhələsinin ardından futbolçunun sarı vərəqələrindən biri silinir.  Marqarita pizza

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!