Azərbaycanda təhlükəli virusa yoluxan olub? -   NAZİRLİKDƏN AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda təhlükəli virusa yoluxan olub? - NAZİRLİKDƏN AÇIQLAMA

Sağlamlıq

07 May 2026 14:51 191


Hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir: Marqarita pizza

“Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur”.

Səhiyyə Nazirliyi profilaktik məqsədlə əhaliyə aşağıdakı sadə gigiyenik qaydalara əməl etmək tövsiyəsini verib:

“Yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək;

gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək;

açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək;

gəmiricilərlə birbaşa təmasdan çəkinmək”.

Nazirlikdən qeyd olunub ki, hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.

Qeyd edək ki, Avropada hantavirusa yoluxma halları artıb, son olaraq infeksiya İsveçrədə yayılıb. Virusa qarşı xüsusi peyvənd yoxdur, buna görə də gigiyena qaydalarına riayət etmək ən effektiv qorunma üsuludur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!