Qazaxıstanda Türk Dünyası Mərkəzi tikiləcək

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda Türk Dünyası Mərkəzi tikiləcək

Dünya

26 Oktyabr 2022 21:26 891


Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Mərkəzi tikiləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı Türküstan vilayətinin başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Türk Dünyası Mərkəzinin binasının memarlıq-bədii görkəminin hazırlanması üzrə açıq müsabiqə keçirilib, qazax memarlar müsabiqədə iştirak etmək üçün 17 layihə təqdim ediblər. Pepperoni pizza

Region başçısı Darxan Satıbaldı memar və heykəltəraşların xüsusi sərgidə nümayiş etdirilən əsərləri ilə tanış olub.

“Türküstanın hər bir obyekti tələblərə cavab verməlidir. Türk Dünyası Mərkəzinin binası adına uyğun olmalıdır, tikintidə ən son texnologiyalardan istifadə edilməlidir”, - o deyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!