“Qəbələ“ futbolçuların maaşını azaldıb?  - AÇIQLAMA
21 Yan 2021 18:07
363

“Qəbələ“ futbolçuların maaşını azaldıb? - AÇIQLAMA

"Mövsümün əvvəlində futbolçularla hansı müqavilə şərtləri ilə razılaşmışdıqsa, o cür də davam edirik".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.

Klub rəsmisi Nikolas Rayselin əməkhaqqı artımı tələbiylə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Onun bildirdiyinə görə, fransalı hücumçu ilə əlaqəli məsələ öz həllini tapıb:

"Heç kimin maaşı azaldılmayıb, yaxud artırılmayıb. Necə var idisə, elə də qalıb. Klubumuzun bəlli bir büdcəsi var və onun əsasında işimizi qurmuşuq.

Ondan kənara çıxa bilmərik, bundan da bütün futbolçular xəbərdardır".

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər