“Qəbələ”nin 7-8 futbolçusu koronavirusa yoluxub
27 Noy 2020 17:05
505

“Qəbələ”nin 7-8 futbolçusu koronavirusa yoluxub

"Qəbələ"nin 7-8 futbolçusunun koronavirus testi müsbət olub.

Yenisabah.az xəbər verir ki, onlar özlərini narahat hiss etdiyindən, test vermək zərurəti yaranıb.

Problemin ciddiliyi də bu zaman dəqiqləşib: nəticələr pozitiv olub. Əyalət təmsilçisi artıq bu barədə Peşəkar Futbol Liqasına məlumat verib. simptomlar tapıldığından, təkrar testə ehtiyac var. Birlikdə məşq etdikləri üçün bütün komandadan təkrar test götürüləcək.

Noyabrın 28-də keçirilməli olan "Sumqayıt" - "Qəbələ" matçı təxirə salınıb. Buna kimi "Qəbələ" Premyer Liqada koronavirus xəstəliyi aşkarlanmayan yeganə komanda idi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər