Qərbin Qarabağ planı: Türkiyə və Rusiyanın...
24 Noy 2020 18:07
961

Qərbin Qarabağ planı: Türkiyə və Rusiyanın...

İkinci Qarabağ savaşında əsasən Türkiyə və Rusiyanın aparıcı rol oynaması, bölgədəki digər maraqlı oyunçuların oyundankəna vəziyyətə salınması beynəlxalq dairələrdə ciddi müzakirə mövzusudur. 

Yenisabah.az xəbər verir ki, bu məsələdə daha çox tənqidə məruz qalan ABŞ-dır. Bu ölkənin nüfuzlu media quruluşları da Vaşinqtonu Qarabağ münaqişəsində tutduğu passiv mövqeyə tənqid edib. 

Nüfuzlu “The National İnterest” dərgisi yazır ki, Qarabağda münaqişənin alovlanması və atəşkəs razılaşması bitməsi, eyni zamanda Rusiya sülhməramlılarının bölgəyə yerləşməsi Qərb üçün gözlənilməz olub. Nəşr baş verənlərə görə ABŞ kəşfiyyatını ittiham edib. Məqalədə qeyd edilir ki, amerikalı kəşfiyyatçılar ABŞ-ın mövqeyinin sarsılmasına səbəb olan Türkiyə və Rusiya prezidenləri Rəcəb Tayyip Ərdoğanla Vladimir Putin arasındakı danışıqlar barədə də məlumat toplaya bilməyib. 

Beləliklə, Qarabağda atəşin dayandırılmasından sonra Qərbin fəallaşmasının səbəbləri aydın olur. Böyük ehtimalla Qərb indi Qarabağ məsələsində rolunu artırmaqla Türkiyə və Rusiyanın bölgədəki mövqelərini zəiflətməyə çalışır.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər