Qəzada həlak olan hərbçi Tovuzda dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Qəzada həlak olan hərbçi Tovuzda dəfn olundu

Sosial

14 Sentyabr 2023 14:17 453


Sentyabrın 13-də hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Namazov Tovuzda dəfn edilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü əsgər Nihad Namazovun nəşi doğulduğu Qovlar şəhərinə, yaşadığı evə gətirilib. Vida mərasimindən sonra şəhid hərbçi Qovlar şəhər qəbiristanlığında dəfn olunub.

Mərasimdə hərbçilər, İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Pepperoni pizza

Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna şəhidlik statusu veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!