Qəzaya uğrayan təyyarənin mühərrikində GÖRÜN NƏ TAPILDI?!

saytların hazırlanması

Evə çatdırılma

Qəzaya uğrayan təyyarənin mühərrikində GÖRÜN NƏ TAPILDI?!

Dünya

28 Yanvar 2025 10:37 1457


Cənubi Koreya 179 nəfərin həyatına son qoyan "Jeju Air"  təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin qəza hesabatını tamamlayıb.

Yenisabah.az xəbər verir ki, Hesabatda təyyarənin hər iki mühərrikində köçəri ördək növünün DNT nümunələrinin tapıldığı bildirilib.

ABŞ, Fransa və Taylandda, eləcə də Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) göndərilən hesabatda araşdırmaların quşların vurması və lokalizator adlanan eniş sistemində yarana biləcək problemlər üzərində cəmləndiyi deyilib. Pepperoni pizza

Xəbərdə təyyarənin qara qutularının pilotların fövqəladə vəziyyət elan etməsindən dərhal əvvəl məlumatların qeydə alınmasının niyə dayandırıldığına toxunulmayıb və qara qutuların qeydi dayandırdığı zaman təyyarənin 152 metr yüksəklikdə və 298 km/saat sürətlə uçduğu bildirilib.

Qəzanın dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!