Qızdan şok hərəkət: 3 oğlanı Bakıdan rayona çağırdı və... -  Video
07 Dek 2019 19:27
11990

Qızdan şok hərəkət: 3 oğlanı Bakıdan rayona çağırdı və... - Video

Cəlilabadda oğru dəstəsi ifşa olunub.

"Yeni Sabah" xəbər verir ki, polis rayon sakininin evini qarət edən 4 nəfəri saxlayıb. Saxlanılan şəxslər - paytaxt sakini Ziya Xasayzadə ilə yanaşı, Masallı, Ağdam və Cəlilabad rayon sakinləri - İlyas Mikayılov, Emin Məmmədov və Esmira Həsənovadır.

Hadisənin məhz Cəlilabadda törədilməsi polisdə cinayət təklifini dəstənin üzvü - yerli qadının verməsi barədə şübhələr yaradıb.

Sonradan məlum olub ki, evindən 800 ABŞ dolları, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyasının aparıldığı xəbərini məhz həmin qadının bibisi verib.

Bakıdan Cəlilabada Emin Məmmədovun "Opel” markalı avtomobili ilə gələn dəstə üzvləri, geriyə elə həmin maşınla - həm də "əli dolu” qayıdıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

 

Oxşar xəbərlər